Baş katibin yaşlılarla bağlı gizli siyahısı... - Hədəfdə kimlər var?

Baş katibin yaşlılarla bağlı gizli siyahısı... - Hədəfdə kimlər var?

Futbol üzrə Azərbaycan millisinin baş məşqçi vəzifəsinə 32 namizəddən 5-nin adı üzə çıxıb. Belə ki, bu, AFFA-nın yeni icraçı vitse-prezidenti, baş katib Elxan Məmmədovun keçirdiyi mətbuat konfransı zamanı müəyyənləşib. Ölkə televiziyaları tərəfindən E. Məmmədovun əlində olan dəftərdən millinin baş məşqçi vəzifəsinə namizəd olan bir sıra mütəxəssislərin adı lentə alınıb.

Yenisabah.az adları qeyd edilən namizədlər barədə qısa araşdırma edib. Onlar haqqında önəmli faktları toplayıb. Maraqlı məqamlardan biri adları üzə çıxan həmin məşqçilərin italiyalı və yaşlı olmasıdır. Futbol camiəmiz vaxtilə millimizi çalışdıran almaniyalı mütəxəssis Berti Foqtsun yaşlı olmasından gileylənirdi. Ondan sonra isə Robert Prosineçki 45, Qurban Qurbanov 45, Nikola Yurçeviç 52 yaşında olarkən yıxmamıza baş məşqçi gətirildi.

Həmin siyahını sizə təqdim edirik:

Luici Di Byacon

48 yaşlı italiyalı mütəxəssis futbolçu karyerasına bu ölkənin “Latsio” klubunda başlayıb. İtaliyanın aşağı yaş qruplarından ibarət milli komandasının üzvü olan Byacon 1998-2002-ci illərdə əsas millidə də top qovub. "Roma", "İnter", "Breşiya", “Monza”, “Askoli”, “Foca” kimi İtaliya klublarında çıxış edən sabiq yarımmüdafiəçi 2011-2013-cü illərdə 20 yaşlılardan, 2013-2019-cu illərdə 21 yaşlılardan ibarət İtaliya millisində baş məşqçi olub. O, ölkəsinin əsas milli komandasında isə baş məşqçi köməkçisi işləyib.

Çezare Prandellia

62 yaşlı italiyalı mütəxəssis “Atalanta”, “Yuventus” kimi klublarda çıxış edib. Sabiq yarımmüdafiəçi "Qalatasaray", "Fiorentina", "Roma", "Valensiya" kimi klubları çalışdırıb. O, 2010-2014-cü illərdə İtaliya millisində baş məşqçi olub. Prandellia son olaraq 2018-2019-cu ildə “Cenoa” klubunda baş məşqçi postunda əyləşib. O, Azərbaycanda da xeyli sayda azarkeşi olan "Qalatasaray"da uğur qazana bilməyib və bu səbəbdən tez zamanda göndərilib

Canni De Byazi

Byazi futbolçu olaraq “İnter”, “Treviso”, “Palermo” kimi klublarda çıxış edib. 63 yaşlı mütəxəssis “Bassano” (1990-1991), “Karpi” (1993-1996), “Breşia” (2003-2005), “Torino” (2005-2006, 2007) (hamısı İtaliya), “Levante” (2007-2008) (İspaniya), “Udines” (2009-2010) (İtaliya) klublarında baş məşqçi işləyib. İtaliyalı 2011-2017-ci illərdə Albaniya millisini çalışdıran Byazi ölkəni AÇ-2016-nın final mərhələsinə çıxarıb. Müxtəlif internet resurslarında onun İtaliya millisinə keçəcəyi ilə bağlı məlumat var. Çalışdırıcının Vikipediyasında isə artıq İranla müqavilə imzalaması qeyd edilib.

Oleq Kononov

53 yaşlı sabiq yarımmüdafiəçi “İskra”, “Dnepr”, “Zarya” (hamısı Rusiya), “Lokomotiv” (Belarusiya) kimi klublarda oynayıb. Kononov "Krasnodar"(2013-2016), "Axmat" (2017-2018), "Arsenal" (Tula, 2018-ci ilin 1 iyunundan 28 noyabrına qədər), “Spartak” (2018-2019) klublarını çalışdırıb. Rusiyalı 2014-2015-ci il mövsümündə “Krasnodar”ı Avropa Liqasının qrup mərhələsinə çıxarıb. Lakin 2019-cu ildə mövsümə uğurla başlasa da, gözlənilmədən istefa verib.

Branko İvankoviç

Sabiq hücumameyilli yarımmüdafiəçi “Varteks” klubunda oynayıb. 65 yaşlı xorvatoyalı mütəxəssis 2002-2006-cı illərdə İran millisini çalışdırıb. 2013-cü ildə “Dinamo” (Zaqreb, Xorvatiya), 2015-2019-cu ildə “Persopolis”də (İran) baş məşqçi işləyib. Yanvarın 19-u Oman millisinin baş məşqçisi təyin edilib.

Mənbə: teref.az