Yeniyetmə cüdoçularımız Avropa kuboku yarışlarında iştirak edəcəklər

Yeniyetmə cüdoçularımız Avropa kuboku yarışlarında iştirak edəcəklər

Bakı, 29 yanvar, AZƏRTAC

Fevralın 15-16-da İspaniyanın Fuengirola şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycanı turnirdə 25 cüdoçu təmsil edəcək.

Yarışda 22 ölkədən 400-ə yaxın cüdoçu iştirakını təsdiqləyib.

 

Mənbə: azertag.az