Ölümündən dörd il keçməsinə baxmayaraq, Diego Armando Maradona hələ də gündəmin əsas mövzularından biridir. Buna sübut olaraq, Fransanın Paris şəhərində təşkil ediləcək qəribə bir hərracda onun saçından bir dəstə satışa çıxarılacaq.
Dekabrın 15-də Fransanın Aguttes hərrac evi Maradonanın "Pelusa" adı ilə tanınan saç dəstəsini satışa çıxaracaq. Bu dəstənin yüksək məbləğə satılacağı gözlənilir.
Məlumata görə, saç dəstəsinin qiyməti 50,000 avroya qədər, yəni təxminən 66 milyon peso qədər yüksələ bilər.
Dünya futbolunun əfsanəvi simasının bu saç dəstəsi 2018-ci ildə Maradonaya böyük heyranlıq bəsləyən italiyalı fanatı Stefano Ceci tərəfindən əldə edilib. Ceci-nin dediyinə görə, Maradona ilə yaxın dost olan bu şəxs saç dəstəsini Dubayda, futbolçunun saçını kəsdiyi zaman alıb.
Bu versiya Aguttes hərrac evi tərəfindən də təsdiqlənib. Hərracda Maradonanın başqa bir əşyası da satışa çıxarılacaq.
Lalə Qüdrətova
Mənbə: news.milli.az