Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov (77 kq) "Hype Fighting Championship" turnirində qüvvəsini sınayıb.
Həmyerlimiz Moskvada keçirilən yarışda kəmər uğrunda yerli idmançı Marif Pirayevlə üz-üzə gəlib.
Beş raund davam edən döyüşdə hakimlərin yekdil qərarı ilə rusiyalı qalib elan olunub. Bununla da Pirayev 2022-ci ildə Abbasova uduzduğu görüşün revanşını alıb.
Gecədə digər döyüşçümüz, 70 kq çəki dərəcəsində çıxış edən Emil Novruzovun rusiyalı Harun Boziyevlə döyüşü nəzərdə tutulsa da, idmançımız rinqə çıxmayıb.
Mənbə: oxu.az