İsveç prokurorları "Real"ın hücumçusu Kilian Mbappenin cinsi təcavüz işi ilə bağlı istintaqı dayandırıb.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
İş sübut olmadığı üçün bağlanıb. Qeyd olunur ki, Mbappenin özünə cinayət törətməkdə şübhəli bilindiyi barədə məlumat verilməyib.
"2024-cü il oktyabrın 10-da Stokholmun mərkəzindəki oteldə zorlama və iki cinsi təcavüz şübhəsi ilə bağlı istintaq bağlanıb", - deyə İsveç prokurorluğunun mətbuata açıqlamasında bildirilib.
Qeyd edək ki, oktyabrın 14-də İsveç polisi 25 yaşlı futbolçunun tətildə olduğu Stokholm otelində baş verən zorlama şikayəti ilə bağlı araşdırmaya başlayıb. Zərərçəkən qadın hadisədə Mbappeni günahlandırıb.
Heybət
Mənbə: publika.az