UEFA Konfrans Liqasının Liqa mərhələsinin V turunda "Astana" klubu "Çelsi"ni qəbul edib.
Gərgin keçən qarşılaşmanın sonunda sevinən tərəf "Çelsi" olub - 1:3.
UEFA Konfrans Liqasının Liqa mərhələsinin V turunda "Astana" klubu doğma meydanda "Çelsi"ni qəbul edir.
Oxu.Az xəbər verir ki, Almatı şəhərində yerləşən "Almatı Central" stadionunda keçirilən görüşü almaniyalı hakimlər briqadası idarə edir.
Bu gün UEFA Konfrans Liqasının Liqa mərhələsinin V turunda "Astana" klubu "Çelsi"ni qəbul edəcək.
Oxu.Az xəbər verir ki, Almatı şəhərində yerləşən "Almatı Central" stadionunda keçiriləcək görüşü almaniyalı hakimlər briqadası idarə edəcək.
"Çelsi" bu görüşə itkilərlə çıxacaq. Mixael Mudrik, Kol Palmer, Juan Feliks, Uesli Fofana, Ceyms Ris zədə, Çezare Kazadei isə cəzalı olduğu üçün komandasına kömək edə bilməyəcək.
Meydan sahibərindən isə zədəli və cəzalı oyunçu yoxdur.
Qeyd edək ki, rəqiblər tarixdə ilk dəfə üz-üzə gələcəklər.
Yayım Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Mənbə: oxu.az