Santuş istefaya göndərilir? – RƏSMİ AÇIQLAMA

Santuş istefaya göndərilir? –

“Fernandu Santuşun istefaya göndərilməsi məsələsi hazırda gündəmdə deyil”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın içraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

O, Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuşun komandadakı taleyi ilə bağlı danışıb:

"O, hazırda AFFA rəsmiləri ilə birlikdə İsveçrənin Sürix şəhərində DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasimindədir. İş başındadır və işini davam etdirir".

Rəşad Rafiqoğlu, Bizim.Media

Mənbə: bizim.media