İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatında qadın güləşçimiz Elis Monolava finala vəsiqə qazanıb.
65 kq çəki dərəcəsində çıxış edən Monolova finala gedən yolda ilk olaraq dünya və 2 qat avropa çempionu Petra Maarit Ollini böyük fərqlə üstələyib. 8-1 İdmançımız ötən il Buxarestdə keçirilən qitə birinciliyində də finlandiyalı güləşçini məğlub etmişdi. Yarımfinalda Rusiya güləşçisi Mariya Kuznetsovanı üzərində 7-3 hesablı qələbə qazanan təmsilçimiz ardıcıl 3 cü dəfə adını avropa çempionatının finalına yazdırıb. Manolova həlledici görüşdə Bolqrıstan idmançısı ilə qarşılaşacaq. Final görüşü bu axşam baş tutacaq.
Daha 3 qadın güləşçimiz isə bürünc medal şansını saxlıyır. Avropa çempionatının bürünc mükafatçısı Alyona Kolesnikin startı uğursuz alınıb. 57 kq da mübarizə aparan Kolesnik gözlənilmədən norveçli rəqibinə uduzub. Lakin Norveçli idmançının finala qədər irəliləməsi Kolesnikin bürünc medal şansını artırıb. Kolesnik 3-cü yer uğrunda belaruslu İrina Kuraçkina ilə mübarizə aparacaq.
Tatyana Omelçenko isə 3-cü yer uğrunda görüşdə Belaruslu Veronika İvanova ilə qarşılaşacaq. 1/8 finalda məğlub olan Tatyana Varantsova isə təsəlliverici görüşdə qüvvəsini sınayacaq.
Maraq üçün bildirək ki, sərbəst güləşçilərimiz bu gün mübarizəyə qoşulur. Yunan-Roma güləşçilərimiz isə qitə birinciliyini 6 medalla başa vurub. Sənan Süleymanovla Rafiq Hüseynov qızıl, Eldəniz Əzizli, Murad Bazarov, Ülvü Qənizadə və İslam Abbasov isə bürünc medal qazanıb.
atv.az
Mənbə: www.atv.az