Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin növbəti iclası martda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin növbəti iclası martda keçiriləcək

Martın 3-dən 5-dək İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsi (BOK) İcraiyyə Komitəsinin iclası keçiriləcək.

AZƏRTAC BOK-un saytına xəbər verir ki, iclasda qarşıdan gələn Olimpiya oyunlarının Təşkilat komitələrinin, qurumun müxtəlif komissiyalarının hesabatları dinləniləcək, eləcə də BOK rəhbərliyinin fəaliyyəti ilə bağlı yeniliklər diqqətə çatdırılacaq.

Martın 3-də BOK İcraiyyə Komitəsinin iclasının ardınca qurumun nümayəndəsi Mark Adamsın mətbuat konfransı keçiriləcək.

Lozannaya gedə bilməyən media nümayəndələri mətbuat konfranslarını “Periscope” və “YouTube” vasitəsilə izləyə bilərlər.

Mənbə: azertag.az