İnyesta dünyanın ən yaşlı futbolçusu ilə görüşdü

İnyesta dünyanın ən yaşlı futbolçusu ilə görüşdü

Yaponiyanın “Vissel Kobe” klubunun kapitanı Andres İnyesta dünyanın hazırda futbolçu karyerasını davam etdirən ən yaşlı futbolçusu Kazuyoşi Miura ilə görüşüb

Qol.az xəbər verir ki, görüş Yaponiya çempionatında yeni mövsümün startı ərəfəsində təşkil edilən mətbuat konfransında gerçəkləşib.

Bununla bağlı şəxsi Tvitter səhifəsində paylaşım edən İnyesta “Yaponiya futbolunun əfsanəsi ilə görüş xol oldu” yazıb.

Qeyd edək ki, 52 yaşlı Miura “Yokohama” klubunda çıxış edir. Hücumçu Yaponiya millisində 89 oyuna 55 qol vurub.

Mənbə: qol.az