PwC böyük idman tədbirlərinə evsahibliyi etməyin faydaları haqqında keçirilmiş 4-cü konfransda iştirak edib

PwC böyük idman tədbirlərinə evsahibliyi etməyin faydaları haqqında keçirilmiş 4-cü konfransda iştirak edib

13 fevral 2020-ci il tarixində Formula 1 Azərbaycan Qran Prisinin təşəbbüskarı olan Bakı Şəhər Halqası (BŞH) 2020-ci ildə böyük idman tədbirlərinin keçirilməsinin faydaları mövzusunda konfrans keçirib.

Konfransın əsas məruzəçisi olan PwC Azərbaycan-ın Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev Formula 1 Qran Pri hesabatının əsas göstəricilərini təqdim edib.

Qısamüddətli iqtisadi təsirdən əlavə, hər bir böyük idman tədbiri evsahibliyi edən şəhər və ölkənin daha geniş sosial-iqtisadi məqsədləri ilə yanaşı ölkəyə qeyri-maddi faydalar da qazandırır. Belə faydalar şəhərin, ölkənin və hətta bütün regionun uzunmüddətli inkişafını dəstəkləyir. Bu mənada, Bakı iri idman tədbirlərini uğurla həyata keçirir və keçirməkdə davam edəcək. Nəticədə daha sağlam həyat, məmnunluq, motivasiya və maarifləndirmə bütün ölkə və iqtisadiyyatın məhsuldarlığına və səmrəliliyinə təsir göstərəcək", Mövlan Paşayev öz nitqində bildirmişdir.

Bir günlük xüsusi konfrans F1 kommersiya hüquqları sahibləri, yayım tərəfdaşları, Azərbaycan və Fransa Qran Prisinin təşəbbüskarları, regionun biznes və siyasi dairəlrinin nümayəndələri üçün öz təcrübələrini bölüşmək, F1 yarışlarının iqtisadi və sosial təsirini, eləcə də böyük idman və mədəni tədbirlərin keçirilməsinə evsahibliyi edən şəhərlər və millətlərə əhəmiyyəti və qazandırdığı faydaları müzakirə və təhlil etmək üçün bir araya gəlmələri üçün unikal platforma təmin edib.

Mənbə: www.xeberoxu.az