Həndbolçularımız beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar

Həndbolçularımız beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 19-dan 25-dək Həştərxanda ikiqat Olimpiya çempionu V.A.Kudinovun xatirəsinə həndbol üzrə beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 2002–2003-cü il təvəllüdlü oğlanlardan ibarət yığma komandamız yarışa dəvət alıb.

Beynəlxalq turnirdə iştirakın əsas məqsədi yığma komandamızın Monteneqroda keçiriləcək dünya çempionatına yüksək səviyyədə hazırlaşmasıdır.

Mənbə: azertag.az