Azərbaycan Premyer Liqasında turun rəmzi komandası və futbolçusu açıqlandı

Azərbaycan Premyer Liqasında turun rəmzi komandası və futbolçusu açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun rəmzi komandası və futbolçusu bəlli olub.

“Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “InStat”ın təhlili əsasında “11-liy”ə "Qarabağ"dan 6, "Neftçi"dən 3, "Səbail"dən isə 2 futbolçu düşüb. "Qarabağ"ın müdafiəçisi Ailton Silva simvolik heyətə 6-cı, "Səbail"dən Ürfan Abbasov isə ilk dəfə düşüb.

Həftənin oyunçusu adına isə "Qarabağ"dan Abdullah Zubir layiq görülüb.

Qapıçı: Şahruddin Məhəmmədəliyev – 255 (“Qarabağ”)

Müdafiəçilər: Ailton Silva - 322 (“Qarabağ”) - 6, Anton Krivotsyuk – 313 (“Neftçi”) - 4, Bədavi Hüseynov - 334 (“Qarabağ”) - 3, Urfan Abbasov - 244 (“Səbail”)

Yarımmüdafiəçilər: Stiven Monroz – 279 (“Neftçi”) - 5, Emin Mahmudov - 296 (“Neftçi”) - 2, Abdulla Zubir - 349 (“Qarabağ”) - 4, Xayme Romero – 303 (“Qarabağ”) - 4

Hücumçular: Mahir Emreli - 320 (“Qarabağ”) - 4, Rauf Əliyev – 288 (“Səbail”) - 2

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.

Mənbə: report.az