Cəzanı dəstəklədi: Onlar mənim bütün futbolçularımı almışdılar

Cəzanı dəstəklədi: Onlar mənim bütün futbolçularımı almışdılar

"Arsenal”ınsabiq baş məşqçisi Arsen Venger "Mançester Siti”nin avrookuboklardanuzaqlaşdırılmasına münasibət bildirib. Kaspi.az xəbərverir ki, Venger "Siti”yə tətbiq olunan cəzanı dəstəkləyib. O, "şəhərlilər”ionun çalışdırdığı "Arsenal”ı zəiflətməkdə ittiham edib: "Mançester Siti”az qala mənim bütün futbolçularımı almışdı. Həmişə deyirdim ki, maliyyə məsələlərinəciddi nəzarət olmalıdır. Klub öz təbii gəlirlərihesabına fəaliyyət göstərməlidir. Qayda qaydadır və siz ona əməl etməyəborclusunuz. Əgər siz qaydalara əməl etmirsinizsə, onda bunu əsl idmanadlandırmaq olmaz. "Mançester Siti”bilərəkdən bu addımı atıbsa, onda onların cəzalandırılması ədalətlidir”. Qeyd edək ki,müxtəlif vaxtlarda "Arsenal”dan "Siti”yə Kolo Ture, Emmanuel Adebayor, Samir Nəsri,Qael klişi, Bakali Sanyo keçib.

Mənbə: kaspi.az