“Tottenhem” onu da itirdi

“Tottenhem” onu da itirdi

“Tottenhem” daha bir aparıcı futbolçusunun xidmətindən məhrum olub.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Hun-Min Son zədələnib.

İngiltərə Premyer Liqasının XXVI turunda “Aston Villa” ilə keçirilən (3:2) qarşılaşmada xəsarət alan hücumameyilli oyunçunun sağ əlində sınıq aşkarlanıb. Cənubi Koreya millisinin üzvü tezliklə əməliyyat olunacaq. Həkimlər onun bir neçə həftə komandadan uzaq qalacağını açıqlayıblar. Bu isə o deməkdir ki, əsas hücumçu Harri Keynlə yanaşı, 28 yaşlı yarımmüdafiəçi də Çempionlar Liqasının 1/8 final mərhələsində “Leypziq”lə sabah keçiriləcək oyunu buraxacaq.

Qeyd edək ki, Hun-Min Son bu mövsüm Premyer Liqada iştirak etdiyi 21 matçda 9 qol vurub, 8 məhsuldar ötürmə verib.

Mənbə: lent.az