AFFA-nın cəzasını haqlı sayır

AFFA-nın cəzasını haqlı sayır

“Zirə”nin baş məşqçisi Zaur Həşimov kapitanları Cavid Hüseynovun AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılmaslna münasibət bildirib.

Qol.az xəbər verir ki, İK Premyer Liqanın 17-ci turunda “Qarabağ”la matçda baş hakimi təhqir etdiyinə görə Hüseynovu 4 oyunluq cəzalandırıb.

Bununla bağlı “Report”a açıqlamasında Z.Həşimov yarımmüdafiəçinin baş hakim Rəhim Həsənova qarşı qeyri-etik ifadələr işlətdiyini təsdiqləyib: "Haqlı vərəqə idi. Heç bir futbolçuya rəvac verilə bilməz ki, nəinki hakimi, ümumiyyətlə söyüş söysün. Söyməsəydi, referi qırmızı vərəqə verməzdi. Klubun futbolçuya cəza verməsi ilə bağlı suallar tez-tez verilir. Oyunçu nizam-intizam qaydalarını pozursa, onun haqqında tədbirlər görülür. Klub daxilində nə lazımdırsa, edirik. Amma sadəcə, bu barədə mətbuata açıqlama vermirik".

Mənbə: qol.az