"Onlar bütün oyunçularımı almışdılar" - Venger "Siti"nin cəzası haqda

"Qaydalara hörmət etməyib, pozmağa çalışanlar cəzalandırılmalıdır. Bunun qəsdən edildiyi sübut olunarsa, cəzasız qoymaq olmaz".

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Arsenal"ın sabiq çalışdırıcısı Arsen Venger "Mançester Siti"nin UEFA tərəfindən cəzalandırılmasına münasibət bildirərkən deyib. 70 yaşlı mütəxəssis "şəhərlilər"in transfer siyasətini tənqid edib:

"Mən "Arsenal"da işləyəndə onlar mənim bütün oyunçularımı almışdılar. İdmanın əsas prinsipi qaydalar çərçivəsində qalib gəlməkdir. Əgər belə deyilsə, deməli ortada olan həqiqi idman deyil. Mən həmişə qaydalara hörmət etmişəm və klubların təbii qazancı ilə işləmişəm".

Qeyd edək ki, "Mançester Siti" maliyyə feyr-pley qaydalarının pozulmasına görə UEFA tərəfindən cəzalandırılaraq 2 illik Çempionlar Liqasından kənarlaşdırılıb.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə DƏHŞƏT: intihar edən ərini qollarından tutub... - VİDEO

SONRAKI XƏBƏR

“Mənəm-mənəm deyən modellərdən daha üstün olduğumu sübut ədəcəm!” - kids model Sirac Quluzadə