Beyl infeksiyaya yoluxdu - Evə göndərildi

Beyl infeksiyaya yoluxdu - Evə göndərildi

"Real"ın futbolçusu Qaret Beyl mədə infeksiyasına görə komandanın məşqini tərk edib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Zinəddin Zidan virusun digər oyunçular arasında yayılmaması üçün uelsli oyunçunu evə göndərib.

Eyni səbəbdən Loka Modriç də komandanın məşqini buraxıb. Onların La Liqada fevralın 22-i "Levante"yə qarşı keçiriləcək matçda iştirak edib-etməyəcəyi məlum deyil.

Mənbə: qol.az