Avroliqa matçında maraqlı hadisə: Babel yerə yıxılan rəqibini təqlid etdi - VİDEO

Avroliqa matçında maraqlı hadisə: Babel yerə yıxılan rəqibini təqlid etdi - VİDEO

Avropa Liqasının 1/16 final mərhələsinin "Xetafe" - "Ayaks" matçında maraqlı hadisə baş verib.

Milli.Az xəbər verir ki, İspaniya təmsilçisinin oyunçusu Allan Niom Rayan Babellə ikili mübarizə zamanı yerə yıxılıb. Hakimin oyunu dayandırması hollandiyalı futbolçunu özündən çıxarıb.

Rəqibinin hakimi aldatdığını düşünən Babel yerdə yuvarlanmağa başlayıb. Niomun ayağa qalxdıqdan sonra axsayaraq kənara çıxmasını görən Babel onu təqlid edib.

Qeyd edək ki, "Xetafe" - "Ayaks" qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Elçin Əlixan
Milli.Az

Mənbə: news.milli.az