Azərbaycan paralimpiyaçısı pauerliftinq üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıb

Azərbaycan paralimpiyaçısı pauerliftinq üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıb

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) idmançısı Pərvin Məmmədov pauerliftinq üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 21-də AMPK-nın prezidenti İlqar Rəhimov komitədə təşkil olunan mətbuat konfransında məlumat verib.

İ.Rəhimov bildirib ki, Böyük Britaniyanın Mançester şəhərində təşkil olunan yarışda 49 kiloqram çəki dərəcəsində iştirak edən idmançımız bütün rəqiblərini qabaqlayaraq birinci olub. Bu qələbə P.Məmmədovun “Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şansını artırıb. Digər idmançımız Şamo Aslanov isə fevralın 22-də mübarizə aparacaq.

Mənbə: azertag.az