10 yaşlı MY fanatı Kloppa məktub yazdı ki, uduzun

10 yaşlı MY fanatı Kloppa məktub yazdı ki, uduzun

"MançesterYunayted”in 10 yaşlı azarkeşi Dara Kyörli "Liverpul”un baş məşqçisi YurgenKloppa məktub yazıb. Kaspi.az xəbərverir ki, o, Kloppdan "Liverpul”un məğlub olmasını istəyib. Yurgen azyaşlıfanata cavab yazıb. Daranın məktubunda deyilir: "Liverpul”ardıcıl qələbələr qazanır. Belə davam etsə, siz İngiltərədə məğlubiyyətsizoyunlar seriyasına görə rekordu təzələyəcəksiniz. Bu da MY fanatlarının həyatınıkədərli edir. Buna görə dəxahiş edirəm, elə edin ki, "Liverpul” növbəti oyunda məğlub olsun. Siz, sadəcəelə etməlisiniz ki, rəqib komanda qol vura bilsin”. Klopp ona beləcavab yazıb: "Əziz Dara! Öncə məktuba görə sənən təşəkkür edirəm. Bilirəm ki,bu məktubda mənə uğur arzulamayıbsan. Amma bütün hallarda gənc futbolazarkeşindən məktub almaq xoşdur. Mən sənin məktubuna böyük dəyər verirəm. Təəssüf ki, bu dəfəsənin istəyini yerinə yetirə bilməyəcəyəm. Sən istəyirsən ki, "Liverpul”uduzsun, amma mənim də işim ondan ibarətdir ki, komandanın qələbə qazanmasıüçün əlimdən gələni edim. Dünyada "Liverpul”un milyonlarla azarkeşi var. Onlarıkədərləndirə bilmərəm”.

Mənbə: kaspi.az