Almaniya klublarından möhtəşəm göstərici - Son 27 il ərzində ilk dəfə

Almaniya klublarından möhtəşəm göstərici - Son 27 il ərzində ilk dəfə

Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində meydana çıxan alman klubları - "Ayntraxt", "Volfsburq" və "Bayer" qələbə qazanıblar.

"Ayntraxt" "Zalsburq"u, "Volfsburq" "Malmö"nü, "Bayer" isə "Portu"nu məğlub edib.

Bu həftə Çempionlar Liqasında Dortmund "Borussiya"sı PSJ-yə, "Laypsiq" "Tottenhem"ə qalib gəlmişdi. Beləliklə, 1993-cü ildən bəri ilk dəfə bir həftə ərzində beş alman klubu avrokubokların pley-off matçlarında qələbə qazanıb.

Qeyd edək ki, "Bavariya" 25 fevralda "Çelsi" ilə qarşılaşacaq.

Sport7.az

Mənbə: sport7.az