Nazarov 90 dəqiqə oynadı, "Aue" 1 xalla razılaşdı

Nazarov 90 dəqiqə oynadı, "Aue" 1 xalla razılaşdı

Almaniya II Bundesliqasında XXIII tura start verilib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" səfər oyununa çıxıb.

Saksoniya vilayətinin təmsilçisi Osnabrükdə eyniadlı komanda ilə qarşılaşıb. 0:0 hesabı ilə başa çatan görüşdə meydana start heyətində daxil olan Nazarov oyunu əvəz edilmədən keçirib.

Bu nəticə ilə xal ehtiyatını 31-ə çatdıran "Aue" hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşır.

 

Mənbə: news.milli.az