"Mançester Yunayted" futbolçusu ilə müqavilə müddətini artırıb

"Mançester Yunayted" futbolçusu ilə müqavilə müddətini artırıb

İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Amad Diallonun müqavilə müddətini artırıb.

"Qırmızı şeytanlar"ın mətbuat xidmətinə istinadən xəbər verilir ki, 22 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 5 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, kot-dİvuarlı futbolçu bu mövsüm ümumilikdı "Mançester Yunayted"in heyətində 28 oyunda 6 qol vurub.

Mənbə: report.az