“Milan” ÇL-ə düşsə, Zlatan qalacaq

“Milan” ÇL-ə düşsə, Zlatan qalacaq

“Milan”ın texniki direktoru Paolo Maldini Zlatan İbrahimoviçin müqaviləsi ilə bağlı açıqlama verib.

Qol.az İtaliya mətbuatına istinadən yazır ki, o deyib:

“Onunla müqavilənin müddəti yarım ildir. Amma orada belə bir bənd var ki, əgər komanda Çempionlar Liqasına düşsə, müqavilənin müddəti avtomatik uzadılır. Əks halda biz yenidən danışıqlar masasına əyləşəcəyik”.

Mənbə: qol.az