Bu gün "Fənərbağça" "Qalatasaray"la qarşılaşacaq

Bu gün Türkiyə Super Liqasının XXIII turunda "Fənərbağça" və "Qalatasaray" arasında derbi oyunu keçiriləcək.

"Report"un məlumatına görə, "Şükrü Saracoğlu" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bu, iki komanda arasında 391-ci görüş olacaq. "Qalatasaray" əzəli rəqibini 1999-cu ildən səfərdə yenə bilmir.

Hazırda "sarı-qırmızılar" 42 xalla 4-cü, "sarı-lacivərdlilər" isə 38 xalla 6-cı pillədə qərarlaşıb. "Cim-Bom" bu gün qələbə qazanacağı təqdirdə, lider "Trabzonspor" və "Sivasspor"la xallarını bərabərləşdirəcək.

Qeyd edək ki, bu tur "Trabzonspor" "Beşiktaş"la səfər matçından 2:2 hesablı heç-heçə ilə ayrılıb. "Sivasspor" isə "Alanyaspor"a qalib gəlib - 1:0.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Təbrizdə nəşr olunan “Söhrab” qəzetində Xocalı soyqırımı haqqında məqalə dərc olunub

SONRAKI XƏBƏR

Rusiyalı nənə 60 yaşında fenomen oldu - Fotolar