“Qarabağ” səhvi bağışlamır” – Ayxan Abbasov

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov bu gün “Qarabağ”a qarşı keçiriləcək Premyer Liqanın 18-ci turunun oyunu ilə bağlı fikirlərini bildirib.

Gənc mütəxəssis Qol.az saytına açıqlamasında bildirib ki, "Qarabağ”ın gücünə hamı bələddir:

““Qarabağ”ı hər kəs tanıyır. Son oyun da (“Zirə” ilə matç nəzərdə tutulur – red.) göstərdi ki, “Qarabağ”a qarşı maksimum gücünü ortaya qoymasan, xırda səhv etsən, heç kimi bağışlamır. Oradakı futbolçuların ustalığını hamı bilir. İnanıram ki, futbolçularımız yaxşı mübarizə aparacaq. Oyuna hazırlaşırıq. Görüşün mahiyyətini dərk edirik. İtkimiz yoxdur. Keçən oyunda cəzalı Peyman Babayi və zədəli Vüqar Mustafayev iştirak etməmişdi. Artıq onlar da sıraya dönüb”.

Xatırladaq ki, “Qarabağ” – “Sumqayıt” oyunu bu gün saat 18.00-da başlanacaq.

Əlavə edək ki, Ağdam təmsilçisinin bu mövsüm Premyer Liqada yeganə məğlubiyyəti məhz “Sumqayıt”a olub.
 

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan çempionatının ən bahalı futbolçusu müəyyənləşdi (SİYAHI)

SONRAKI XƏBƏR

Hindistanda döyüş təyyarəsi qəzaya uğrayıb