“Barselona” üçün koronavirus yoxlaması

“Barselona” fevralın 25-də Çempionlar Liqasında “Napoli” ilə qarşılaşacaq.

Qol.az xəbər verir ki, bu məqsədlə komanda sabah Neapola yola düşəcək. ESPN-in jurnalisti Moi Lyorens yazıb ki, İtaliyaya çatanda klubun bütün futbolçuları və əmkdaşlarının bədənin hərarəti yoxlanılacaq. Əgər kimdəsə istilik aşkarlansa, dərhal xəstəxanaya aparılacaq.

Belə bir addımın təhlükəsizlik məqsədi - koronavirus xəstəliyi ilə əlaqədar atılacağı bildirilir.

Qeyd edək ki, İtaliyada bu təhlükəli virus yayıldığından ölkə çempionatının bəzi oyunları təxirə salınıb.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

10 yaşlı Atakan ilə gündəmə gələn “indiqo və kristal uşaq" anlayışı nədir? - FOTO

SONRAKI XƏBƏR

İtaliyanın digər qaz tədarükçüləri ilə danışıqlarında Azərbaycan qazı üstünlük təşkil edəcək - Fransız ekspert