“Norviç”in hücumçusu Borja Sayns Çempionşip çərçivəsində “Sanderlend”lə matçda (1:2) rəqibinə tüpürdüyünə görə 12 min funt sterlinq cərimələnib və 6 oyunluq cəzalanıb.
Bu barədə BBC məlumat yayıb.
Dekabrın 21-də keçirilən 22-ci turun oyunu zamanı 23 yaşlı ispaniyalı rəqib müdafiəçi Kris Mifemə tüpürüb.
Sayns Mifemdən, komandadan və azarkeşlərdən üzr istəyib, davranışını qəbuledilməz adlandırıb.
Bu mövsüm Sayns 26 matçda 15 qolla çempionatın bombardiridir.
Mənbə: publika.az