15-ci dəqiqədə "Sabah"ı azlıqda qoydu

15-ci dəqiqədə "Sabah"ı azlıqda qoydu

Premyer Liqanın 18-ci turunun hazırda “Səbail”ə qarşı keçirilən oyununda “Sabah” azlıqda qalıb.

Qol.az xəbər verir ki, 15-ci dəqiqədə meydan sahiblərinin liderlərindən olan Yevgeni Koçuk birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Moldovalı futbolçu Hendrik Ekşteynə qarşı kobud oyuna görə baş hakim Rəvan Həmzəzadə tərəfindən cəzalandırılıb.

Mənbə: qol.az