İtaliya A seriyasının bir neçə oyunu koronavirus təhlükəsi səbəbindən təxirə salınıb

İtaliya A seriyasının bir neçə oyunu koronavirus təhlükəsi səbəbindən təxirə salınıb

İtaliya A seriyasının 25-ci turu çərçivəsində oynanılmalı olan İnter - Sampdoriya, Atalanta - Sassuolo və Verona - Kalyari matçları koronavirus təhlükəsi səbəbindən təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bundan əvvəl ölkənin həvəskarlar və gənclər liqalarındakı 42 futbol qarşılaşması da eyni səbəbdən baş tutmayıb. İtaliyanın Baş Naziri Cüzeppe Konte bəyan edib ki, koronavirus təhlükəsi olan Lombardiya və Veneto vilayətlərində müvəqqəti olaraq bütün idman tədbirləri ləğv edilib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

AZERTAG.AZ :İtaliya A seriyasının bir neçə oyunu koronavirus təhlükəsi səbəbindən təxirə salınıb

Mənbə: azertag.az