Millimizin ulduzu debüt etdi

Millimizin ulduzu debüt etdi

Azərbaycan Premyer Liqasının 18-ci turunda "Sabah" "Səbail"i qəbul edib.

Axar.az xəbər verir ki, matç qolsuz heç-heçə ilə yekunlaşıb. "Sabah"ın oyunçusu Yevgeni Koçuk 15-ci dəqiqədə qırmızı vərəqə alıb.

Milli komandamızın ulduzu Ramil Şeydayev isə "Sabah"ın heyətində ilk dəfə meydana çıxıb. O, matçın 88-ci dəqiqəsində Təmkin Xəlilzadənin əvəzinə meydana daxil olub.

Qeyd edək ki, tura "Sumqayıt" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

Mənbə: axar.az