Juninyo Braziliyaya getdi - Müqavilə imzalayacaq

Juninyo Braziliyaya getdi - Müqavilə imzalayacaq

“Flamenqo”ya transfer olunan “Qarabağ”ın hücumçusu Juninyo Braziliyaya yollanıb.

Braziliyalıların futbol direktoru Joze Boto açıqlayıb.
O bildirib ki, 28 yaşlı forvard tezliklə tibbi müayinədən keçəcək: “Transferlə bağlı razılıq əldə olunub. Juninyo tibbi müayinədən keçdikdən sonra bizimlə müqavilə imzalayacaq. O, bu gün Rio de Janeyroda olacaq”.
Bu transfer “Qarabağ”a 5 milyon avro qazandıracaq.

Mənbə: www.bakupost.az