Bombardir üçün mövsüm erkən başa çatdı

Bombardir üçün mövsüm erkən başa çatdı

"Bayer"in futbolçusu Kevin Folland üçün bu mövsüm erkən başa çatıb.

Qol.az Leverkuzen klubunun saytına istinadən xəbər verir ki, Avropa Liqasının 1/16 finalında "Portu" ilə matçda zədələnn 27 yaşlı hücumçununun bu mövsümün qalan hissəsini buraxacağı bildirilib. Onun əməliyyat olunacağı vurğulanıb.

Qeyd edək ki, K.Folland bu mövsüm Bundesliqada 9 qol vurub. O, bu qollarla klubun hazırda ölkə çempionatındakı ən yaxşı bombardiridir.

Mənbə: qol.az