"Barselona" və "İnter" ona təklif hazırlayır

"Barselona" və "İnter" ona təklif hazırlayır

"Arsenal"ın futbolçusu Pyer-Emerik Obameyanq yayda London klubunu tərk edə bilər.

Qol.az "Tuttosport"a istinadən xəbər verir ki, "Barselona" və " İnter" qabonlu hücumçu ilə maraqlanır. Hər iki klubun 30 yaşlı oyunçunu heyətinə qatmaq üçün təklif hazırlığına başladığı bildirilib.

Qeyd edək ki, Obamyenqın "Arsenal"la 2021-ci ilin yayında başa çatacaq müqavilənin müddətini uzatmağı düşünmədiyi iddia olunur.

Mənbə: qol.az