"Real Madrid" - "Barselona" matçının baş hakimi müəyyənləşdi

"Real Madrid" - "Barselona" matçının baş hakimi müəyyənləşdi

İspaniya La Liqasının XXVI turunda keçiriləcək "Real Madrid" - "Barselona" matçının baş hakimi müəyyənləşib.

Open.az xəbər verir ki, martın 1-də "Santyaqo Bernabeu" stadionunda baş tutacaq oyunu Antonio Miqel Mateu Laosun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Hazırda turnir cədvəlinə 55 xalla "Barselona" klubu başçılıq edir. Kataloniya təmsilçisinin əzəli rəqibi "Real Madrid" klubu isə 53 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, bu komandalar arasında ilk dövrədə "Nou Kamp"da baş tutan oyunda qolsuz bərabərlik qeydə alınıb.

Mənbə: open.az