“Barselona"da son həftəm idi. Messi məndən soruşdu ki, Niyə gedirsən? Dünyanın ən yaxşısı olmaq istəyirsən? Mən səni dünyanın ən yaxşısı edərəm.
Bunu "Əl-Hilal"ın braziliyalı futbolçusu Neymar 2017-ci ildə "Barselona"dan ayrıldığı vaxtlardan danışarkən deyib.
Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da oynayıb.
Mənbə: axar.az