"Bavariya" hər şeydə bizdən üstün idi" - Lempard

"Bavariya" hər şeydə bizdən üstün idi" - Lempard

"Çelsi"nin baş məşqçisi Frenk Lempard "Bavariya" ilə oyun (0:3) barədə fikirlərini bölüşüb:

"Oyun bizim üçün bərbad keçdi. Bəzən dürüst olmaq lazımdı. Onlar hər şeydə bizdən üstün idilər. Məhz belə yüksək səviyyəli oyun sayəsində "Bavariya" hər il Bundesliqada və Avropada çempionluq uğrunda mübarizə aparır.

Daha yaxşı oynaya bilmədiyimiz üçün məyusam. Biz məğlubiyyəti qəbul etməli və istədiyimiz kimi oynamaq üçün çalışmalıyıq.

Məni daha çox ümumi mənzərə narahat edir. Premyer Liqa matçına kimi ən qısa müddət ərzində necə bərpa ola bilərik? İstədiyimiz səviyyəyə ən qısa müddət ərzində necə çata bilərik? Bu suallar məni düşündürür".

 

Mənbə: sport7.az