Ulduz futbolçu "Çelsi"dən gedir

Ulduz futbolçu "Çelsi"dən gedir

"Çelsi" klubunun əsas futbolçularından biri olan Vilyan Borqeş komandadan ayrılacağını bildirib.

Offsideplus.az xəbər verir ki, Braziliya mətbuatına açıqlama verən 31 yaşlı "sambaçı" London təmsilçisi ilə yeni müqavilə barədə razılıq əldə edə bilmədiklərini deyib. 7 ildir "Çelsi" formasını geyinən Vilyan yayda müqaviləsinin müddətinin başa çatacağını və "zadəganlar"ı tərk edəcəyini bildirib:

"Mən "Çelsi"dən 3 illik müqavilə tələb edirəm, ancaq rəhbərlik mənə ancaq 2 illik sözləşmə olacağını deyir. Bu təqdirdə, ortaq məxrəcə gəlməyimiz mümkünsüz görünür. Klubda qalacağım böyük ehtimal real deyil. Nələr olacağını görəcəyik".

Qeyd edək ki, təcrübəli braziliyalı futbolçu, 2012-ci ildə "Anji"dən "Çelsi"yə transfer edilib.

Mənbə: offsideplus.az