"Belə situasiyaları xeyrinə dəyişə biləcək klub varsa, o da "Real"dı" - Quardiola

"Belə situasiyaları xeyrinə dəyişə biləcək klub varsa, o da "Real"dı" - Quardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola "Real"la oyunun (2:1) yekunlarını dəyərləndirib:

"Bura qələbə qazanmaq üçün gəlmişdik və bunu bacardıq. Amma bu, ilk hissə idi. Belə situasiyaları xeyrinə dəyişə biləcək klub varsa, o da "Real"dı.

Yaxşı oynadığımız periodda qol buraxdıq. "Real" daha yaxşı oynayanda isə biz qol vurduq. Bu, futboldu. Yadımdadı, bir neçə mövsüm əvvəl 1/4 final çərçivəsində "Enfild"də əla oyun nümayiş etdirsək də, rəqibin qapıya hər zərbəsi qolla nəticələnmişdi.

Fernandinyo meydana daxil olduqdan sonra yaxşı oynadı. Komandamla qürur duyuram. Bu, ilk addım idi. Heç nə bitməyib.

İndi bu andan həzz ala bilərik. Bazar günü Liqa Kubokunda final oynayacağıq. Ardınca Premyer Liqadakı çıxışımızı davam etdirəcəyik və "Real"la cavab oyununa hazırlaşacağıq".

Sport7.az

Mənbə: sport7.az