Azərbaycanın daha iki idmançısı Paralimpiya Oyunlarına lisenziya qazandı - FOTO

Azərbaycanın daha iki idmançısı Paralimpiya Oyunlarına lisenziya qazandı - FOTO

Azərbaycanın daha 2 idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak hüququ qazanıb.

"Report" Milli Paralimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycan üzgüçülərinin nəticələrini nəzərə alaraq və gender bərabərliyinə riayət edərək bu növ üzrə daha 2 lisenziya ayırıb.

Lisenziyaları qadın üzgüçü, dünya reytinqində onluqda olan Dana Şandıbina və 2019-cu ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatının bürünc mükafatçısı Vəli İsrafilov əldə ediblər.

Dana Şandıbin Vəli İsrafilov

Mənbə: report.az