"Mançester Yunayted"in futbolçu Çin klubuna transfer olundu

"Mançester Yunayted"in futbolçu Çin klubuna transfer olundu

Serbiyalı futbolçu Zoran Tosiç ölkəsinin "Partizan" klubundan ayrılıb.

"Report" RTS-ə istinadən xəbər verir ki, 32 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerasını koronavirus epidemiyasının üzə çıxdığı və geniş yayıldığı Çində davam etdirəcək. O, II liqada çıxış edən "Tayçjou Yuanda" komandasına keçib.

2017-ci ildən "Partizan"ın formasını geyinən Tosiç müxtəlif vaxtlarda İngiltərənin "Mançester Yunayted", Almaniyanın "Köln", Rusiyanın MOİK klublarında çıxış edib.

Qeyd edək ki, Çinin 31 əyalətində koronavirusa ümumilikdə, 78 497 yoluxma halı aşkarlanıb. Onlardan 2 744 nəfəri dünyasını dəyişib.

Mənbə: report.az