Zidan: "Son dəqiqələri nəzərə almasaq, yaxşı oynadıq"

Zidan: "Son dəqiqələri nəzərə almasaq, yaxşı oynadıq"

"Real"ın baş məşqçisi Zinəddin Zidan "Mançester Siti" ilə matçın (1:2) yekunlarını dəyərləndirib:

"75 dəqiqə yaxşı oynadıq. Məğlubiyyətə görə məyusuq, amma yekunda mərhələ adlayan tərəfi 90 yox, 180 dəqiqə müəyyənləşdirir.

İndi pozitiv şeyləri axtarmaq zamanıdı. Nəticə qənaətbəxş deyil, amma son dəqiqələri nəzərə almasaq, yaxşı oynadıq. Növbəti mərhələyə yüksəlmək istəyiriksə, Mançesterdə qələbə qazanmalıyıq. Müdafiədə səhvlərimiz oldu. Belə şeylər olur, bu, futbolun tərkib hissəsidi.

Biz cəhd etdik, meydanda hər şeyimizi verdik. Sadəcə, son 10 dəqiqə ərzində konsentrasiyamız çatmadı və bunun nəticəsində rəqib bizi cəzalandırdı".

Sport7.az

Mənbə: sport7.az