İtaliyalı futbolçuda koronavirus aşkarlandı

İtaliyanın C Seriyasında çıxış edən klublardan birinin futbolçusunda koronavirus aşkarlanıb.

"Report" "La Nazione" nəşrinə istinadən xəbər verir ki, Siena əyalətində yaşayan futbolçunun adı və hansı komandada oynaması hələlik açıqlanmayıb.

Oyunçunun ötən həftə qızdırma səbəbindən komandasının oyununu buraxdığı iddia olunur. Koronavirus testindən keçirilən futbolçuda nəticələr müsbət çıxıb. Bu barədə dərhal onun klubuna məlumat göndərilib. Futbolçu özü isə təcili tibbi yardımla Sienadakı yoluxucu xəstəliklər şöbəsinə aparılıb.

Qeyd edək ki, İtaliyada yeni növ koronavirusa yoluxanların sayı artaraq 474 nəfərə çatıb. Ən çox yoluxma halı (305 nəfər) ötən həftənin sonunda koronavirusun yayılmasının yerli mərkəzinə çevrilən Lombardiya bölgəsindədir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Türkiyə Azərbaycanı hər zaman diqqət mərkəzində saxlayır” – Şərh

SONRAKI XƏBƏR

Ermənistan SQ-də hərbi qulluqçu valideynlərinin səfərləri, bütün növ məzuniyyətlər qadağan olunub