Həyəcandan özünü itirib, deyib ki, ayaqqabımı çıxardım?

PSJ-ninfutbolçusu Kilian Mbappe 14 yaşı tamam olarkən aldığı sürpriz dəvət barədəyazıb. Kaspi.az xəbərverir ki, o, yeniyetməlik xatirəsini "The Players’ Tribune” nəşrinə yazdığı köşəyazısında xatırlayıb. Mbappe "Real”ın baş məşqçisi Zinəddin Zidanla görüşününbelə təsvir edib: "14 yaşım tamamolanda inanılmaz sürpriz aldım. "Real”dan kimsə atama zəng edib məni tətilvaxtı Madridə dəvət etdi. Bu dəvət məni şoka saldı. Çünki atama demişdilər ki,sizin oğlunuzu Zidan görmək istəyir. Həmin vaxt Zidan"Real”ın idman direktoru idi. Mən göyün yeddinci qatına yüksəlmişdim. Ora gedəcəyimiheç kimə, ən yaxınlarıma da demədim. Aeroportdan"Real”ın bazasına hecə gəldiyimi heç vaxt unutmayacağam. Aeroportda bizi Zidanqarşıladı. Bu, böyük jest idi. O, avtomobilinön sırasında oturub mənə dedi: "Gəl əyləş”. Mən isə özümü itirdim və soruşdum: "ayaqqabılarımıçıxardım?” Bilmirəm busualı niyə verdim, yəqin ki, həyəcandanidi. O isə cavabında "əlbəttə, yox” dedi. O, məni bazaya gətirdi. Yolda öz-özümədeyirdim: "Bondidən olan Kilian Zizunun avtomobilindədir? Bu ola bilməz”. Hərdən səninləbağlı elə reallıqlar olur ki, bunu yuxu hesab edirsən”.

Kaspi.az

ƏVVƏLKİ XƏBƏR

Dövlət Sirri Kəmaləddin Heydərova etibar edidi - Prezidentdən Fərman

SONRAKI XƏBƏR

AKP sözçüsü: “Türkiyə bu terror dövlətini darmadağın etdi”