“Tottenhem” səfərdə, “Mançester Yunayted” isə evdə məğlub oldu

“Tottenhem” səfərdə, “Mançester Yunayted” isə evdə məğlub oldu

İngiltərə Premyer Liqasında 22-ci turun növbəti oyunları keçirilib.

“Tottenhem” və “Mançester Yunayted” turu məğlubiyyətlə bitirib.

London təmsilçisi səfərdə “Everton”a 2:3, Mançester klubu isə evdə “Brayton”a 1:3 hesabı ilə uduzub.

“Mançester Yunayted” 26 xalla 13-cü, “Tottenhem” isə 24 xalla 15-ci sırada qalıb.

Mənbə: qafqazinfo.az