Avroliqa matçı təxirə salındı

Avroliqa matçı təxirə salındı

Avropa Liqasının 1/16 final mərhələsində bu gün Bakı vaxtı ilə 00:00-da keçirilməsi planlaşdırılan "Zalsburq" - "Ayntraxt" matçı təxirə salınıb.

"Qafqazinfo" xəbər verir ki, fırtına xəbərdarlığına görə oyun baş tutmayacaq. Oyunun hansı vaxta keçirildiyi açıqlanmayıb.

Qeyd edək ki, Frankfurtdakı ilk görüşdə "Ayntraxt" Avstriya klubuna 4:1 hesabı ilə qalib gəlmişdi.

 

Mənbə: qafqazinfo.az