"Yuventus" - "İnter" oyunu koronavirus səbəbindən boş tribunalar önündə oynanılacaq

"Yuventus" - "İnter" oyunu koronavirus səbəbindən boş tribunalar önündə oynanılacaq

İtaliya A Seriyasında 26-cı turun 5 görüşü koronavirus səbəbindən tamaşaçılarsız keçiriləcək.

Çərşənbə axşamı İtaliyanın Gənclər və İdman naziri Vinçentso Spadafora bu yöndə qərarını açıqlasa da, həftə sonuna kimi vəziyyətin dəyişəcəyinə dair ümid var idi. Ancaq ötən gün keçirilən iclasda aralarında "Yuventus" - "İnter" matçının da olduğu 5 görüşün boş tribunalar önündə oynanılacağı təsdiqlənib.

Sözügedən oyunların siyahısı: "Udineze" - "Fiorentina" (29 fevral), "Yuventus" - "İnter" (1 mart), "Milan" - "Cenoa" (1 mart), "Sassuolo" - "Breşiya" (1 mart), "Parma" - SPAL (1 mart).

Qeyd edək ki, İtaliyanın şimalında 580 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 17-si dünyasını dəyişib.

Mənbə: sport7.az