Taekvando üzrə açıq birincilik start götürdü

Taekvando üzrə açıq birincilik start götürdü

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə "26 fevral Xocalı soyqırımına" həsr olunmuş Bakı şəhər açıq birinciliyinə start verilib.

Sport7.az xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən 49 taekvondo klub bölmələrindən 750-dək idmançının qatıldığı və 3 gün davam edəcək yarış Abşeron Olimpiya İdman kompleksində keçirilir.

 

Mənbə: sport7.az