"Napoli" Kulibalini satmağa hazırdı

"Napoli" Kulibalini satmağa hazırdı

"Napoli" rəhbərliyi yayda Avropa nəhənglərinin Kalidu Kulibali uğrunda mübarizə aparacağını düşünür.

Kulibali Parisdə 4 milyon avroya özünə ev alıb. Onun PSJ-yə keçəcəyi iddia olunur.

"La Gazzetta dello Sport"un xəbərinə görə, "Napoli"nin prezidenti Aurelio De Laurentis Kulibaliyə görə "Mançester Yunayted", "Bavariya" və "Everton"un da təklif göndərəcəyinə inanır. Neapol klubu 28 yaşlı futbolçunu satmağa hazırdı.

Kulibalinin sərbəstqalma məbləğinin 150 milyon avro olduğu bildirilir. Bu maddədən sadəcə İtaliya xaricindəki klublar istifadə edə bilər.

Mənbə: sport7.az